Tramp İrana ABŞ gəmilərinə hücum etməməyi tövsiyə edib

19-08-2019, 07:36           
Tramp İrana ABŞ gəmilərinə hücum etməməyi tövsiyə edib
ABŞ prezidenti Donald Tramp İrana xəbərdarlıq edib. “Report” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

O, qeyd edib ki, İran su üzərində olan heç bir Amerika gəmisinə toxunmasa yaxşıdır.

ABŞ prezidenti hesab edir ki, İran tərəfi ABŞ ilə Cəbəllütariqdə tutulan tanker barədə danışmaq istəyir, lakin dialoqa necə başlayacağını bilmir.

"İran [danışıqlara - Red] necə başlamağı bilmir, çünki qürurlu xalqdır" deyə, Tramp bildirib.

Qeyd edək ki, 4 iyul tarixində ABŞ-ın tələbi əsasında Suriyaya qarşı sanksiya rejimini pozmaqda şübhəli bilinərək saxlanılmış İrana məxsus “Grace 1” tankeri Cəbəllütariqi tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru