İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi: "Tehranın nüvə sazişini imzalaması səhv idi"

20-08-2019, 12:36           
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi: "Tehranın nüvə sazişini imzalaması səhv idi"
"Müharibənin baş verməsi ABŞ və müttəfiqləri üçün qorxunc olacaq".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani ABŞ-ın NBC kanalına müsahibəsində deyib.

ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni sanksiyalar tətbiqinə və İranın Birləşmiş Ştatların pilotsuz təyyarəsini vurmasına baxmayaraq, Ə.Şəmxani müharibə təhlükəsinin olmadığı qənaətindədir. Bununla belə, o bildirib ki, müharibə olarsa, bu ,ABŞ və müttəfiqləri üçün qorxunc olacaq.

"Müharibə olarsa, İran asimmetrik müharibə növündən istifadə edəcəkmi" sualının cavabında Ə.Şəmxani deyib ki, İranın müxtəlif müharibə üsulları mövcududr. Onların arasında İranın müttəfiqlərinin reaksiyasını göstərmək olar.

Ə.Şəmxani həmçinin bildirib ki, rəsmi Tehranın nüvə proqramı üzrə sazişi imzalaması səhv idi: “Ölkədə bəzi insanlar hələ də belə düşünürlər. Mən İran xalqının fikri ilə razıyam”.

Onun sözlərinə görə, ABŞ-la hərbi münaqişə olacağı təqdirdə İranın "əlinin altında bir çox aləti var".

Müsahibənin tam mətni açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru