İran İslam Şurası Məclisinin (parlamentin) iki nəfər deputatı həbs edilib.

23-08-2019, 15:06           
İran İslam Şurası Məclisinin (parlamentin) iki nəfər deputatı həbs edilib.
Abhər və Zəncan vilayətlərindən parlamentə seçilmiş deputatlar - Firudin Əhmədi və Məhəmməd Əzizi həbs ediliblər. Axşam isə məhkəmənin qərarı ilə 10 milyard rial (təxminən 240 min dollar) girov müqabilində azadlığa buraxılıblar. Deputatlara Tehran şəhərini tərk etmək qadağan edilib.

İran parlamentində deputatların davranışlarına nəzarət heyətinin üzvü Cavad Camalı bildirib ki, adətən hər hansı bir deputatın saxlanılması və dindirilməsi zərurəti yaranırsa parlamentin rəyasət heyətinə məhkəmədən məktub gəlməlidir. Bu halda isə parlamentin rəyasət heyətinə məsələ ilə əlaqədar heç bir məktub daxil olmayıb. Deputatlara qarşı hansı ittihamın irəli sürülməsi haqqında hələlik məlumat verilməyib. Lakin yerli mətbuat yazır ki, deputatlar korrupsiya ilə əlaqədar həbs ediliblər.

İnterpress.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru