Tramp atom bombalarından qasırğalara qarşı istifadə etmək istəyib

26-08-2019, 08:01           
Tramp atom bombalarından qasırğalara qarşı istifadə etmək istəyib
ABŞ prezidenti Donald Tramp bir neçə dəfə milli təhlükəsizlik üzrə məmurlarla qasırğalara qarşı mübarizə üçün atom bombalarından istifadə etmək imkanlarını öyrənməyi müzakirə edib.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" agentliyi xəbər verib.

Ağ Evdəki mənbə bildirib ki, Tramp administrasiyasının əməkdaşları belə təklifdən çaşıblar.

"Qasırğalar Afrika sahillərində formalaşmağa başlayırlar, nə vaxt ki, onlar Atlantika istiqamətində hərəkət edirlər, biz qasırğanın mərkəzinə bomba atırıq və bomba onu ləğv edir. Niyə biz bunu edə bilmirik?" - deyə mənbə Trampın sözlərini sitat gətirib.

Yüksək vəzifəli məmurlardan biri Trampın fikrini müdafiə edib. O, deyib ki, bu, həyəcan üçün səbəb deyil, bir halda ki, prezidentin hədəfi faciəvi qasırğanı materikə buraxmamaqdır. Məmur əlavə edib ki, hədəf yaxşıdır.

Qeyd edilir ki, hələ Duayt Eyzenhauer administrasiyası da 1950-ci illərdə nüvə bombasını qasırğanın mərkəzi üzərində konveksional axınlara qarşı partlatmaq üzərində fikirləşib. O vaxt hökumət alimi bununla bağlı ideya hazırlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru