Morales G7 liderlərini Amazonda yanğınlarla mübarizəyə kömək etməyə çağırıb

26-08-2019, 08:14           
Morales G7 liderlərini Amazonda yanğınlarla mübarizəyə kömək etməyə çağırıb
Boliviya hakimiyyəti G7 liderlərini ölkəyə gəlməyə dəvət edib və Amazonda baş verən yanğınla mübarizədə kömək etməyə səsləyib.

APA Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Boliviya Prezidenti Evo Morales Twitter səhifəsində qeyd edib.

"Amazon-dakı yanğından zərər çəkmiş ölkələrə təcili yardım etmək istəyini ifadə edən G7-nin mövqeyini alqışlayırıq. Prezident Emmanuel Makron və həmkarlarını əməkdaşlıq vədlərini yerinə yetirmək üçün Boliviyaya gəlməyə dəvət edirik" - deyə, Morales yazıb.

Prezident geniş ərazini əhatə edən yanğın səbəbindən ölkədə dövlət başçısı postuna keçiriləcək seçkiöncəsi kampaniyanın təxirə salınaraq vaxtının oktyabrın 20-ə keçirildiyini də vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Macron G7 ölkələrinin liderlərinin meşə yanğınları ilə əlaqədar Amazon ölkələrinə kömək etməyin lazım olduğuna söyləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru