Kosmosda ilk cinayəti qadın törətdi – Amerikalı astronavt oğurluğa cəhd edib

27-08-2019, 08:23           
Kosmosda ilk cinayəti qadın törətdi – Amerikalı astronavt oğurluğa cəhd edib
Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan astronavt Enn Makkleyni bunda günahlandırıblar ki, o, Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsindən əri Sammer Uordenin bank hesabına sanksiyasız giriş əldə edib. «KPRC» telekanalının məlumatına görə, ər-arvad boşanma prosesindədir.

«USAA BANK vəkilimə məlumat verib ki, Enn mənim bank hesablarıma daxil olub» – deyə, telekanal Uordendən sitat gətirir.

Bununla əlaqədar olaraq, Uorden personal məlumatlarının oğurlanması motivi ilə ABŞ Federal Ticarət Komissiyasına şikayət verib, ancaq bildirib ki, hesabından pul vəsaiti çıxarılmayıb. Bundan başqa, onun valideynləri NASA-ya müraciət ediblər ki, orada da yoxlama aparsınlar. NASA-da bu informasiyanı şərh etməyiblər.

«NASA-da bu barədə müraciət yoxdur və o, öz əməkdaşlarının şəxsi həyatı barədə məsələləri şərh etmir. Enn Makkleyn fəaliyyətdə olan astronavtdır» – deyə, telekanal idarənin cavabından sitat gətirir.

Xatırladaq ki, Makkleyn 7 ay BKS-da fəaliyyət göstərib. Xanım astronavt Yerə cari ilin iyun ayında qayıdıb.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru