KİV: ABŞ Federal Seçki Komissiyası faktiki olaraq öz fəaliyyətini dayandırıb

27-08-2019, 08:35           
KİV: ABŞ Federal Seçki Komissiyası faktiki olaraq öz fəaliyyətini dayandırıb
ABŞ Federal Seçki Komissiyası faktiki olaraq öz fəaliyyətini dayandırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı “Axios” nəşri yayıb. Qeyd olunub ki, buna səbəb altı sədrdən dördünün istefa etməsidir.

“Bazar ertəsi sədr müavini Metyu Petersenin istefasından sonra, azı dörd səlahiyyətli nümayəndənin yüksək səviyyəli qərarlar qəbul etməsini tələb edən qaydanın mövcudluğuna əsasən Federal Seçki Komissiyası işini dayandırmaq məcburiyyətində qalacaq” - deyə, nəşr yazıb.

Federal Seçki Komissiyası təşviqat kampaniyalarının maliyyəsi haqqında qanunların icrasına cavabdehdir. Hal-hazırda, ABŞ-da 2020-ci il prezident seçkilərinə görə seçkiqabağı kampaniya keçirilir.

Nəşr qeyd edib ki, seçki komissiyası sonuncu dəfə 2008-ci ildə oxşar vəziyyətlə üzləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru