Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib

1-09-2019, 11:40           
Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib
Azərbaycan əsilli Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib.

APA-nın “lenta.ru” saytına istinadla verdiyi məlumata görə, polis E. İsayevi Rusiyada qalma rejimini pozmaqda günahkar sayıb və 5 min rubl cərimələyib.

Hazırda E. İsayev Leninqrad vilayətində Miqrantların Müvəqqəti Saxlama Mərkəzində saxlanılır və Azərbaycana deportasiya ediləcək.

Qeyd edək ki, Azərbaycan vətəndaşlığından 18 il əvvəl imtina edən E. İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya pasportu alıb, 2014-cü ildə sənədlərini itirdiyi üçün pasportunu dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru