Ukraynanın 35 yaşlı baş nazirindən qeyri-adi addım - VİDEO

1-09-2019, 20:10           
Ukraynanın 35 yaşlı baş nazirindən qeyri-adi addım - VİDEO
Ukraynanın yeni baş naziri Aleksey Qonçaruk da prezident Vladimir Zelenski kimi digər məmurlardan fərqlənən addım atıb.
Yeniavaz.com xəbər verir ki, A. Qonçaruk ilk iş günündə hökumət binasında skuterlə gəlib.
Baş nazir bu barədə sosial şəbəkədə video paylaşıb.
Qonçaruk məktəblilərə müraciət edərək bildirib ki, sentyabrın 1-də onlar məktəbə, o isə Ukrayna Nazirlər Kabinetində işə gedir.
Qeyd edək ki, Aleksey Qonçarukun 35 yaşı var. İxtisasca hüquqşünas olan gənc baş nazir bundan əvvəl Prezident aparatının rəhbər müavini vəzifəsində çalışıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru