Cənubi Karolina hakimiyyəti "Dorian" qasırğasına görə sakinlərinin məcburi təxliyə edilməsini elan edib

2-09-2019, 07:26           
Cənubi Karolina hakimiyyəti "Dorian" qasırğasına görə sakinlərinin məcburi təxliyə edilməsini elan edib
ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster bazar günü "Dorian" qasırğasının yaxınlaşması səbəbindən sahil sakinlərinin məcburi təxliyə edilməsinə dair sərəncam verib.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi bildirib.

Ştat başçısının sözlərinə görə, təxliyə bazar ertəsi günortadan sonra başlayacaq. Qeyd edilir, bu əmr təxminən 1 milyon insana əhatə edəcək.

Təbii fəlakətin yaxınlaşması səbəbindən Florida, Corciya, Cənubi Karolina və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru