Gərginlik pik həddə: Həriri müdaxilə istədi

2-09-2019, 00:32           
Gərginlik pik həddə: Həriri müdaxilə istədi
Livanın Baş naziri Saad Həriri Hizbullahla İsrail arasında gərginliyin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

Axar.az xəbər verir ki, Həriri sözügedən qarşıdurmanın aradan qaldırılması üçün müdaxilənin vacib olduğunu söyləyib.

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Nazirliyi Livanla sərhəddə yerləşən hərbi baza və texnikasının raket atəşinə tutulduğunu açıqlayıb.

Hizbullah qruplaşması da İsrailə məxsus hərbi maşını vurduqlarını və hadisə zamanı ölənlərin olduğunu bildirib. Bunun ardınca İsrail cavab zərbələrinə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru