Sinqapurda sərnişin təyyarəyə minmədiyinə görə azadlıqdan məhrum ediləcək - FOTO

3-09-2019, 07:30           
Sinqapurda sərnişin təyyarəyə minmədiyinə görə azadlıqdan məhrum ediləcək - FOTO
Sinqapurda bilet alıb təyyarəyə minməyən sərnişini 2 il azadlıqdan müddətinə məhrumetmə cəzası və 13 min avro cərimə gözləyir.

"Report" xəbər verir ki, bu barədə "Sun" nəşri yazıb.

Qeyd edilir ki, buna səbəb 27 yaşlı sərnişinin biletdən istifadə etməməsidir. Məlumata görə o, tranzit zonaya düşmək və həyat yoldaşını ötürmək üçün təyyarə bileti alıb. Lakin təyyarəyə əyləşməyib. Buna görə də onu birbaşa tranzit zonada saxlayıblar.

Məlum olub ki, 27 yaşlı gənc yerli qanunları pozub. Qanuna görə, enmə talonu alan şəxs tranzi zonaya yalnız səyahət etmək niyyəti ilə daxil ola bilər.

Yerli polis bununla bağlı "Facebook"da məlumat yayıb. Polis qeyd edib ki, Çanqi hava limanı mühafizə olunan ərazidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru