Britaniya parlamenti erkən seçkilər təklifini qəbul etməyib
5-09-2019, 07:49
Böyük Britaniya Parlamenti ölkənin baş naziri Boris Consonun oktyabrın 15-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə təklifinin əleyhinə səs verib.
“Report”un "Sky News"a istinadən xəbərinə görə, seçkilərin erkən keçirilməsinin lehinə lazım olan 343 nəfərdən 298, əleyhinə isə 56 deputat səs verib.
Səsvermədən sonra Conson bildirib ki, Leyborist partiyasının lideri Ceremi Korbin seçkini rədd edən ilk müxalifət lideri oldu. İngiltərə Baş nazirinin sözlərinə görə, bu, Korbinin seçkilərdə qələbə qazanacağına əmin olmaması ilə əlaqədardır.
O, həmçinin İngiltərə hökumətinin yenidən erkən seçki təklif etməsinə çalışacağına işarə edib.