İran tankeri Cəbəllütarix hakimiyyəti tərəfindən sərbəst buraxılıb

9-09-2019, 07:09           
İran tankeri Cəbəllütarix hakimiyyəti tərəfindən sərbəst buraxılıb
"Cəbəllütarixdə saxlanılan “Adrian Darya 1” İran tankeri sərbəst buraxılıb".

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bazar günü İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

O qeyd edib ki, Aralıq dənizinin sahillərinə çıxan tankerin göyərtəsindəki yüklər satılıb.

Nazirin sözlərinə görə, Suriyanın Tartus limanında Cəbəllütarix hakimiyyəti tərəfindən sərbəst buraxılan tankerin Associated Press agentliyi tərəfindən peyk görüntüləri yayımlanıb.

Qeyd edək ki, ABŞ İranın “Adrian Darya 1” tankerini də sanksiya siyahısına salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru