Pentaqon rəsmisi ABŞ-ın Suriyadan qismən çəkiləcəyini deyib

8-10-2019, 00:00           
Pentaqon rəsmisi ABŞ-ın Suriyadan qismən çəkiləcəyini deyib
“ABŞ prezidenti Donald Trampın Suriya mövzusunda verdiyi qərardan rəsmi Pentaqon öncədən xəbərdar olub”.
Bizimyol.info xəbər verir ki, "Anadolu" agentliyinin verdiyi məlumata görə, adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi müxbirin sualını cavablandırarkən deyib ki, mövzu ilə əlaqədar ABŞ-ın müdafiə, xarici işlər nazirləri, baş qərargah rəisi, Ağ Evin milli təhlükəsizlik müşaviri həftəsonu toplantı keçiriblər.

Pentaqon rəsmisi ABŞ qoşunlarının Suriyanın şimalından bütövlükdə deyil, yalnız Tel-Əbyad və Ras əl-Ayn yaşayış massivlərində yerləşən iki müşahidə məntəqəsindən təxliyyə oldunduğunu bildirib.

Hava sahəsindən ABŞ-ın geri çəkilib-çəkilməyəcəyilə bağlı verilən suala Pentaqon rəsmisi bu barədə məlumatsız olduğunu deyib və Türkiyə qoşunlarının bölgədəki hərbi fəaliyyətlərinə nə mane olacaqlarını, nə də dəstək verəcəklərini bildirib. ABŞ rəsmisi onu da bildirib ki, müdafiə naziri Mark Esper məsələ ilə əlaqədar ABŞ Konqresini və bu mövzudan təsirlənən müttəfiqlərini məlumatlandıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru