ABŞ-ın nüvə raketi sərnişin təyyarəsinin yanından uçub - VİDEO

8-10-2019, 04:54           
ABŞ-ın nüvə raketi sərnişin təyyarəsinin yanından uçub - VİDEO
“Airbus” sərnişin təyyarəsinin pilotları ABŞ-ın “Trident II” ballistik nüvə raketinin buraxılışını izləyiblər.

“Report” “The Drive” nəşrinə istinadən xəbər verir ki, pilotlar raketin fotosunu da çəkiblər. Təyyarə Quadalaxara - Tijuana reysi ilə hərəkət edirmiş.

Videoda raketin göylə Sakit okeanın sahili üzərindən qərbə doğru necə uçduğu görünür. Həmçinin videoda raket pillələrinin ayrılması prosesi də əks olunub.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları “Trident II D5” nüvə raketinin növbəti sınaqlarını keçirib. Dörd silahsız nüvə raketi Ohayo tipli “Nebraska” (SSBN 739) nüvə sualtı qayığından buraxılıb. Təlimlər Cənubi Kaliforniya sahillərində baş tutub. Sınağın ikisi sentyabrın 4-də, qalanları isə 6 sentyabr tarixində olub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.