İranda benzin üç dəfə bahalaşdı

15-11-2019, 18:37           
İranda benzin üç dəfə bahalaşdı
Məlumatı İranın Neft Məhsullarının Paylanması üzrə Milli Şirkəti yayıb

İran 15 noyabrdan pərakəndə satılan benzinə kvota tətbiq edib.

Eyni zamanda, bildirilir ki, kvotadan artıq satılan benzinin qiyməti üç dəfədən artıq bahalaşıb.

Məlumatı İranın Neft Məhsullarının Paylanması üzrə Milli Şirkəti yayıb.

Fərdi avtomobil sahibləri ayda 60 litr, hibrid avtomobilləri idarə edənlər isə 30 litr kvota ilə yanacaq əldə edə biləcək.

Taksi sürücüləri üçün də ayrıca kvota limiti müəyənləşdirilib. Belə ki, avtomobil idarə edən taksilərə 400, motosiklet sürənlərə isə 25 litr benzin kvotası tətbiq ediləcək.

Qeyd edək kı, İranda bundan öncə kvotadan artıq satışa çıxarılan benzinin qiyməti 1000 tümən (16 qəpik) idi.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru