Rusiyalı ekspertlər neftin bir barelinin 20 dollara düşəcəyini istisna etmir.
Tanınmış iqtisadçı Vladimir Tixomirov hesab edir ki, neftin qiymətinin kəskin ucuzlaşması rubl üçün şok effekti yaradacaq. Lakin o rublun ötın ilki kimi ucuzlaşmayacağını da qeyd edib.
Onun sözlərinə görə, neft tədricən ucuzlaşsa, dollar 7-80 rubla qədər bahalaşa bilər.
Raiffeisen Bank International AG-nin iqtisadçısı Andreas Şvabenin fikrincə, Rusiya iqtisadiyyatı neftin qiymətinin aşağı olduğu şəraitə uyğunlaşsa da, yenidən ucuzlaşma daha böyük risk yaradacaq, rublun kursun bir qədər də düşə bilər, inflyasiya kəskin artar və büdcə problemi yaranar.azadlıq.info/