Baş nazirin gəlini zəlzələdə həlak oldu - ALBANİYADA 29-11-2019, 17:29 Albaniyada zəlzələ nəticəsində baş nazir Edi Ramın oğlunun nişanlısı da həyatını itirib. Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, həlak olan Kristi Reçi baş nazirin oğlu Qreqor Ramla yaxın vaxtlarda toy etməli idi. Qızla birlikdə onun atası, anası və qardaşı da ölüb. Kristi Reçi Tirana Universitetinin dermotologiya fakultəsini bitirmişdi. Facebook-da paylaş