Fransada helikopter qəzaya uğrayıb, 3 xilasedici həlak olub

2-12-2019, 11:30           
Fransada helikopter qəzaya uğrayıb, 3 xilasedici həlak olub
Fransanın cənub-şərqində daşqınların vurduğu ziyanın aradan qaldırılması ilə məşğul olan üç xilasedici Mülki Təhlükəsizlik Qüvvələrinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olub.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.



Bildirilir ki, helikopterlə rabitə dünəndən – hava nəqliyyatı vasitəsinin axtarış-xilasetmə əməliyyatını başa çatdırmaq üçün Var departamentində yerləşən aeroporta uçduğu zaman kəsilmişdi. Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil, araşdırma aparılır.

Qeyd edək ki, bu gün Fransada ölkənin cənub-şərqində baş verən güclü daşqınlar səbəbilə tətbiq olunan hava şəraiti təhlükəsinin “qırmızı” səviyyəsi ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru