Dünya suyun altında qala bilər – Qorxunc proses başladı/Fotolar

4-12-2019, 09:12           
Dünya suyun altında qala bilər – Qorxunc proses başladı/Fotolar
Qlobal isinmənin Yer kürəsində suyun səviyyəsini artırdığı gerçəyi elm adamlarının kosmosdan çəkdiyi foto və analizlərlə yenidən göz önünə sərilib.

Teleqraf.com xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunan araşdırma Qrenlandiya buzlaqlarının əriməsinin qorxunc səviyyəyə çatdığını ortaya çıxarıb.

Elm adamları Qrenlandiyadakı buzlaqlarda nəhəng çatların və sızıntıların yarandığını açıqlayıb. Buz adasında baş verənlərin dünya okeanlarında suyun səviyyəsinin kəskin yüksəlməsinə səbəb olacağı bildirilib.

Stor buzlağının 2018-ci ilin iyul ayında qırıldığı, 5 saat ərzində “dünyanın ən hündür şəlaləsi”ni əmələ gətirdiyi və buzlaqların sürətlə adadan ayrılmağa başladığı da diqqətə çatdırılıb.

Buzlaqların yarıqları arasında göllərin əmələ gəldiyini deyən Kembric Universitetinin elm adamı Tomas Çudli bildirib:

“028 adlanan göl keçən il iyulun 7-də əmələ gəldi və bu müddət ərzində böyük həcmdə su dənizə tökdüldü”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru