Kollecdə baş verən yanğınla əlaqədar Ukraynada matəm elan olunub

8-12-2019, 09:03           
Kollecdə baş verən yanğınla əlaqədar Ukraynada matəm elan olunub
Ukrayna Prezidenti Vladimir Zelenski 8 dekabrın ölkədə matəm günü elan edilməsilə bağlı sərəncam imzalayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, matəm qərarı Odessa Kollecində baş verən yanğın zamanı səkkiz nəfərin ölümü ilə əlaqədar qəbul edilib.

"Odessa şəhərində 4 dekabr 2019-cu ildə baş verən yanğın nəticəsində ölümlə nəticələnən faciə ilə əlaqədar olaraq, ölənlərin xatirəsini ehtiramla yad etmək üçün Ukraynanda 8 dekabr 2019-cu il tarixini matəm günü elan etmək qərarına gəldim" - ölkə prezidentinin imzaladığı sənəddə bildirilib.

V.Zelenski, həmçinin Ukraynada matəm günündə dövlət müəssisə və təşkilatların, o cümlədən yerli özünüidarəetmə orqanlarının inzibati binalarında dövlət bayraqlarının endirilməsinə, eləcə də əyləncə, konsert tədbirlərinin ləğv edilməsinə, televiziya, radio proqramlarında müvafiq dəyişikliklərin edilməsinə göstəriş verib.

Qeyd edək ki, dekabrın 4-də Odessa İqtisad Kollecində baş verən yanğın nəticəsində 8 ölüb, 32 nəfər yaralanıb.

Ukrayna prezidenti Odessa hakimiyyətinə yanğından zərər çəkən insanlara kömək etmək və faciənin başvermə səbəbinin tez bir zamanda araşdırılmasını əmr edib.

Faktla bağlı araşdırma başlanılıb. Polisin yaydığı açıqlamada hadisə ilə bağlı iki şübhəli şəxsin olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru