Çin nəhəng radio teleskop ilə yerdən kənar həyatın axtarışlarına başlayıb

10-12-2019, 02:12           
Çin nəhəng radio teleskop ilə yerdən kənar həyatın axtarışlarına başlayıb
Çinin Quancjou əyalətində quraşdırılmış 500 metrlik "FAST" (Five hundred meter Aperture Spherical Telescope) teleskopu istismara verilib. Onun köməyi ilə neytron ulduzları, həmçinin yerdən kənar sivilizasiyalardan gələn potensial siqnalları öyrənmək mümkün olacaq.



Teref.az "ICTnews"a istinadən xəbər verir ki, Çində nəhəng radio teleskopunun sınaq mərhələsi başa çatıb və tədqiqatçılar artıq onu istismara verməyə hazırdırlar. O, Çinin cənubunda Quyçjou əyalətində yerləşir, hələ 2016-cı ilin sentyabrında 500 metr eni olan sferik teleskopdan istifadəyə başlanılıb.



Alimlər FAST radio teleskopundan müxtəlif məsələlərin həlli, həmçinin yerdən kənar intellektin axtarışı məqsədilə istifadə edəcəklər. Bundan əvvəl teleskopdan yalnız sınaq rejimində Günəşdən 100 işıq ilinədək məsafədə yerləşən və maqnit sahəsinə malik ekzoplanetlərin axtarışı üçün istifadə edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru