Putin prezident olmayacaq - Simonyan

10-12-2019, 08:58           
Putin prezident olmayacaq - Simonyan
Bu və ya digər formada açıqlamalarından çıxış edərək, Rusiyanın növbəti prezidentinin Vladimir Putin olmayacağını təxmin edirəm.

Axar.az xəbər verir ki, bu sözləri “Rusiya bu gün” agentliyinin və RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib.

“Putin inandığı hər hansı şəxsi, yaxud şəxsləri təyin edəcək və xələfi olaraq ona təlimatlarını verəcək. Daha sonra isə təkrarı sevdiyi üçün xalq yenidən onu seçəcək”, - deyə erməni baş redaktor bildirib.

Qeyd edək ki, dövlət başçısı Vladimir Putin hələ ilk prezidentlik dönəmindən bəri xələfi haqqında düşündüyünü, lakin yekun qərarı seçicilərin verəcəyini bildirmişdi.

Rusiya Prezidentinin səlahiyyət müddəti 2024-cü ildə sona çatır. Konstitusiya görə, Putin növbəti prezident seçkilərində iştirak edə bilməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru