SON DƏQİQƏ: Əmr verildi - "Mehdi ordusu" ABŞ-a qarşı hərəkətə keçdi

3-01-2020, 22:29           
SON DƏQİQƏ: Əmr verildi - "Mehdi ordusu" ABŞ-a qarşı hərəkətə keçdi
“Mehdi ordusu” yenidən fəaliyyətə başladı”.
Publika.az xəbər verir ki, İraqın dini və siyasi liderlərindən hesab olunan Müqtəda əs-Sədr belə açıqlama verib. O bəyanatında bildirib:
“İraq müqavimətinin lideri olaraq bütün mücahidlərə, xüsusiylə Mehdi ordusuna və bütün vətənpərvər intizamlı qruplara İraqı qorumaq üçün hazır olmaq əmrini verirəm”.
Qeyd edək ki, “Mehdi ordusu” adlı hərəkat 2003-cü ildə ABŞ İraqa müdaxilə edəndən sonra qurulub. Hərəkat amerikalı hərbçilərə qarşı mübarizə aparıb. Lakin Müqtəda əs-Sədrin əmri ilə ordu 2008-ci ildə fəaliyyətini dayandırıb. Ordunun yenidən fəaliyyətə başlaması İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru