Bu ölkədə işçi çatışmadığına görə - ŞİRKƏTLƏR BONKROT OLUR

11-01-2020, 00:00           
Bu ölkədə işçi çatışmadığına görə - ŞİRKƏTLƏR BONKROT OLUR
Yaponiyada işçi qüvvəsinin çatışmazlığına görə müflis olan şirkətlərin sayı rekord həddə çatıb.

Fins..az xəbər verir ki, bu barədə həmin məsələni araşdıran “Tokyo Shoko Research” tədqiqat şirkəti məlumat yayıb. Bildirilir ki, 2019-cu ildə 426 şirkət kifayət qədər işçi tapa bilmədiyinə görə müflis olduğunu elan edib. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 10 faiz çoxdur və həmin statistikanın aparılmağa başladığı 2013-cü ildən bəri ən yüksək göstəricidir.

Aparılan sorğunun nəticələrinə görə, şirkətlərin 270-i və ya 60 faizi bu şirkətlərin rəhbərinin pensiyaya getməsi və onun yerinə əvəzedici kadrın tapılmaması ilə bağlı qapılarını bağlamalı olub.

Təqribən 80 şirkət işə qəbulla bağlı elan yerləşdirilməsinə baxmayaraq, kifayət qədər əməkdaş toplaya bilmədiyinə görə bağlanıb. Daha 40 şirkət pensiyaya getmiş və ya işdən çıxmış əməkdaşları əvəz edə bilməyib. Digər 30 şirkət isə əməkdaşların artan əmək haqqını ödəyə bilmədiyinə görə müflis olduğunu elan edib.

“Tokyo Shoko Research” şirkətinin bildirdiyinə görə, müflis olan şirkətlər əsasən tikinti və xidmət sahələrinə aiddir. Buraya işçi çatışmazlığına görə bağlanan şirkətlərin təqribən 50 faizi daxildir.

Tədqiqatçı şirkətdən, həmçinin bildiriblər ki, kiçik şirkətlər işçi çatışmazlığına görə daha tez müflis olur. Qeyd edilir ki, tam olmayan iş günü ilə bağlı xərclərin və işçilərin əmək haqlarının artdığı şəraitdə menecerləri daha bir ağır il gözləyir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.