İranla İsveç arasında təyyarə uçuşları dayandırılıb

11-01-2020, 00:00           
İranla İsveç arasında təyyarə uçuşları dayandırılıb
İsveç və İran arasında hər iki istiqamət üzrə uçuşlar Tehranın hava limanı yaxınlığında Ukrayna təyyarəsinin qəzası ilə bağlı müvəqqəti dayandırılıb.

“Report” “Reuters”ə istinadla xəbər verir ki, bu barədə İsveç Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu qərar qəza və mülki aviasiya təhlükəsizliyi ətrafındakı qeyri-müəyyənlik səbəbindən verilib.

Bundan əvvəl İsveç Xarici İşlər Nazirliyindən sözügedən qəzada həlak olanlar arasında 17 vətəndaşlarının olduğu bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru