“ABŞ öz dominantlığı ilə dünyanı sarsıtmağa çalışır” – Kosmik silahlanmanın pərdəarxası...

11-01-2020, 10:47           
“ABŞ öz dominantlığı ilə dünyanı sarsıtmağa çalışır” – Kosmik silahlanmanın pərdəarxası...
“ABŞ Yer planetidə komandanlıq fəaliyyətini davam etdirmək üçün kosmosdakı səylərini artırır”.



Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya İqtisad Universitetinin Siyasi elmlər və sosiologiya kafedrasının müdiri, siyasi elmlər doktoru, professor Andrey Koşkin çıxış edib.



Rus professorun sözlərinə görə, ABŞ digər güc mərkəzləri ilə rəqabət fonunda kosmik və nüvə gücünü artırmaqla, bütün planeti öz dominantlığı ilə sarsıtmağa cəhd edir. Kosmosun Amerika silahları ilə sürətlə yüklənməkdə olduğunu bildirən professor, bunu bütün dünya üçün ciddi təhlükə kimi xarakterizə edib. Həmçinin, o, qeyd edib ki, kosmosa çıxışı aktivləşdirməklə dünyada bir nömrəli güc mövqeyi əldə etmək, ABŞ prezienti Donald Tramp tərəfindən qarşıya qoyulan bir tapşırıqdır.



Bununla belə A.Koşkin ABŞ-ın Rusiyaya hücum edə biləcəyinə inamadığını bildirib. O, qeyd edib ki, bu gün Rusiya səsdən sürətli müasir raket texnologiyasına görə ABŞ-dan xeyli dərəcədə qabaqdadır. Hansı ki, bu ona, ABŞ-ın yalnız hərbi obyektləri deyil, həm də “qərarvermə mərkəzlərini” də məhv etməyə imkan verir. Odur ki, rus profesor hesab edir ki, Vaşinqton Rusiyaya hücum qərarı verməmişdən öncə ölkəsinin mümkün raket zərbələrini də nəzərə almalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.