ABŞ müharibə mesajı verdi: Milyardlarla dollar sərf olunacaq
11-01-2020, 10:48
ABŞ Müdafiə Nazirliyi hipersəsli silahın hazırlanmasına milyardlarla dollar sərf edəcək.
Layihədə avasiya, donanma, Raket Müdafiəsi Agentliyi iştirak edir.
Cebhe.info xəbər verir ki, bu barədə Quru Qoşunları naziri Rayan Makkarti məlumat verib. O bildirib ki, yaxın 2 ildə maliyyələşmə artırıla bilər. Ancaq layihəyə həm də şəxsi vəsait tələb olunur. Bu, gələcəkdə kütləvi istehsal üçün lazımdır: "Hipersəsli silah ABŞ üçün milli prioritetdir. Tramp ona xüsusi diqqət ayırır".
Hələlik ABŞ-ın ən uğurli hipersəsli silah prototipi "X-51 Waverider"dir. 2013-cü ildəki sınaqlarda bu aparat 5,1 Мах sürət nümayiş etdirib. Uşuş 6 dəqiqə sürüb.