Çindən gələn sirli virus: ölümcül "Uxan xəstəliyi" bəşəriyyəti təhdid edir
13-01-2020, 00:00
Çində yeni virus yayılıb. Çinin Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə yeni virusa yoluxanların sayı 41 nəfərə çatıb.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, çinli həkimlər yeni xəstəlik növünü artıq “Uxan xəstəliyi” adlandırıblar.
Hazırda yeni xəstəliklə bağlı az şey məlumdur. Lakin tibb işçiləri artıq həyəcan təbili çalırlar. Çinə həmsərd ölkələrdə yeni karantin qaydaları tətbiq olunur.
Çinin Səhiyyə Nazirliyinin məlumatında bildirili ki, xəstəliyə yoluxanlar arasında olan 61 yaşlı kişi qaraciyər xəstəliyindən əziyyət çəkirdi və o artıq ölüb.
İki nəfər müalicə kursundan sonra xəstəxanadan buraxılıb, 7 nəfər ağır vəziyyətdədir.
31 pasiyentə ilkin “Uxan xəstəliyi” diaqnozu qoyulub, həkimlər hələ ki onlara görə narahat deyillər, onlar özlərini normal hiss edirlər.
Müəyyən edilib ki, bütün zərərçəkənlər Uxan şəhərində heyvan və onlar üçün yem satılan bazarla əlaqəlidir.
Ekspertlərin fikrincə, yeni virus növü genetik baxımdan şiddətli kəskin tənəffüs sindromuna bənzəyir və atipik sətəlcəm kimi tanınır.