Bazaya hücum olacağını ABŞ hərbçiləri iki saat əvvəl biliblər - İlk dəfə yayıldı (VİDEO)

13-01-2020, 00:12           
Bazaya hücum olacağını ABŞ hərbçiləri iki saat əvvəl biliblər - İlk dəfə yayıldı (VİDEO)
ABŞ-ın İraqdakı bazaları İran ordusunun hücumundan sonra ilk dəfə görüntülənib.

Publika.az xəbər verir ki, ABŞ-ın CNN televiziyası “Eyn əl Esad” bazasında çəkiliş aparıb. Məlumata görə, bazaya hücumun olacağı barədə amerikalı hərbçilər hələ iki saat əvvəl xəbər tutublar. Amerikalı hərbçilərin əksəriyyəti bazadan təxliyə edilib. Bir neçə əsgər isə sığınacağa yerləşdirilib.

Jurnalistin sözlərinə görə, raketlərdən biri sığınacağın yaxınlığına düşsə də, möcüzə nəticəsində tələfat almayıb. Bazaya azı 11 raket atılıb.

Qeyd edək ki, İran 80 amerikalı hərbçinin həlak olduğunu irəli sürsə də, Vaşinqton iddiaları təkzib edib. Bundan əvvəl hücuma məruz qalan bazaların peyk görüntüləri yayımlanmışdı.

Anar Türkeş













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru