İran təyyarəyə görə bu qədər təzminat ödəyəcək

13-01-2020, 00:57           
İran təyyarəyə görə bu qədər təzminat ödəyəcək
İran hökümәti vurulan tәyyarә ilә әlaqәdar 100-150 milyon dollar ödәyәcәk.

Trend-in məlumatına görə, bunu İranın Mәrkәzi Sığorta Tәşkilatının sәdr müavini Qulamәli Cahangiri deyib.

Q.Cahangirinin sözlәrinә görә, ödәniş İran vә Ukrayna dövlәtlәri arasında razılıq әsasında olacaq.

Tәşkilat rәsmisi deyib ki, Boeing 737-800 model tәyyarәsinin yenisinin qiymәti 100 milyon dollardır. Lakin İranda vurulan tәyyarә tәxminәn 3 il işlәyib.

Cahangiri әlavә edib ki, tәyyarәyә dәyәn xәsarәtә görә 70 milyon dollar ödәnilmәsi planlaşdırılır.

Beynәlxalq sığortalara әsasәn hәr bir sәrnişinin yükü 1-1,5 min dollar civarında qiymәtlәndirilir.

İranlı rәsmi deyib ki, bu rәqәm Ukrayna sığorta şirkәti tәrәfindәn müәyyәnlәşdirilmәlidir.

Cahangirinin sözlәrinә görә, ümumilikdә sәrnişin vә ekipaj heyәtinin sığortası 24 milyon dollar hesab olunur.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.