Bu qadınlara viza verilməsi qaydaları sərtləşdirildi

20-01-2020, 18:10           
Bu qadınlara viza verilməsi qaydaları sərtləşdirildi
Ağ ev ABŞ-a övlad dünyaya gətirmək və avtomatik Amerika vətəndaşlığı almaq məqsədilə gələn əcnəbi qadınlar üçün viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir.

Ölkə Prezidenti Donald Tramp doğum hüququ əsasında vətəndaşlıq verilməsini nəzərdə tutan ABŞ Konstitusiyasına 14-cü düzəlişi “açıq-aşkar gülməli” adlandırıb.

Qeyd olunur ki, təklif olunan dəyişikliklər ölkəyə qısamüddətli turizm və işgüzar məqsədlərlə gəlmək istəyənlər üçün verilən B tipli vizalara tətbiq oluna bilər.

Dövlət Departamentinin əməkdaşları ABŞ-a övladı üçün vətəndaşlığa nail olmaq məqsədilə gələnlərə viza verilməsindən imtina edə bilər.

ABŞ İmmiqrasiya Araşdırmaları Mərkəzinin statistikasına əsasən, hər il bu ölkənin ərazisində təxminən 33 min əcnəbi uşaq doğulur. (trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru