Xəlifə öldü, yaşasın xəlifə- İŞİD Bağdadinin öldüyünü təsdiqlədi: yeni “xəlifə” kim oldu?

25-04-2015, 11:55           
Xəlifə öldü, yaşasın xəlifə- İŞİD Bağdadinin öldüyünü təsdiqlədi: yeni “xəlifə” kim oldu?
Bir neçə gün əvvəl ABŞ-ın hava hücumu zamanı yaralanan Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiq edən İŞİD komandirləri yeni "xəlifə"nin Ebu Ala Al-Afri olduğunu deyib.

Aznews.az xəbər verir ki, İraqın “Waradana” xəbər agentliyinə açıqlama verən mənbə bildirib: "Bağdadi yaralandıqdan sonra aparıldığı Suriyanın Rakka şəhərində həkimin qucağında ölüb".

İŞİD komandirləri Mosul yaxınlığındakı Telafer şəhərinin Səddam məscidində yeni "xəlifə"nin adını açıqlayıb.

Yeni liderin əsil adı Əbdürrəhman Mustafa al-Şeyhlardır. Ebu Ala Al-Afri ona ləqəb kimi verilib.

İraqın Telafer şəhərində anadan olan Afri fizika müəllimidir və ilahiyyat təhsili alıb, ancaq buna baxmayaraq sürücülük edərək pul qazanıb.

O, 1990-cı illərdə Telaferin ilk cihad ideologiyasının maarifləndirici olub. Afrinin çox zaman gizli, bəzən də açıq şəkildə Böyük Bazar Məscidində moizə verdiyi deyilir.

2004-cü ildə doğulduğu şəhərdən qaçan Afri “Əl-Qaidə”yə qoşulub.

Beynəlxalq terror təşkilatının İraqdakı məşvərət şurasının sədri olan Afri sələfi kimi ABŞ tərəfindən göz altına alınıb, ancaq müəyyən bir müddətdən sonra sərbəst buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru