Azərbaycanlı yazıçıya 5 il həbs - CƏZA

25-04-2015, 12:19           
Azərbaycanlı yazıçıya 5 il həbs - CƏZA
Moldovada Azərbaycan əsilli jurnalist və yazıçı Eduard Bağırova beş il həbs verilib.

ANS PRESS-in məlumatına görə, Qərar Kişinyov məhkəməsi tərəfindən verilib. Qərarın icrası yazıçının tutulmasından sonra başlanacaq.

Yazıçı-jurnalist "Moldovada ictimai-siyasi vəziyyətin destabilizasiyasına cəhd", "5 aprel 2009-cu il tarixində keçirilmiş parlament seçkilərinin nəticəsinə təsir etmək məqsədi ilə təxribatçı hərəkətlər" iddialarında ittiham olunur.

Prokurorluq iddia edir ki, yazıçı 2009-cu ilin aprelində Moldovada ixtişaşlarda fəal iştirak edib. Nəticədə, narazı müxalifətçilər parlament seçkilərinin nəticələrinə reaksiya olaraq Prezident Administrasiyasının və Parlamentin binasını dağıdıb.

Qeyd edək ki, E.Bağırov 2011-ci ilin iyununda Kişinyovda saxlanılıb və dörd ay ərzində istintaq təcridxanasında saxlanılıb. Daha sonra barəsində verilən tədbir ev həbsi ilə dəyişdirilib. Yazıçı oktyabrın 19-da Dnestryanı vasitəsilə Rusiyaya qaçıb. Onun barəsəində Kşinyov tərəfindən beynəlxalq axtarış elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru