Dünyanın daha bir nöqtəsi silkələndi

31-01-2020, 10:28           
Dünyanın daha bir nöqtəsi silkələndi
Meksikanın cənubunda 5,4 bal gücündə zəlzələ olub.

Publika.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) episentri ölkənin Querrero əyalətindəki Bacos del Ecido şəhərində yerləşən zəlzələnin yerin 17 km dərinliyində olduğunu bildirib.

İlkin məlumata görə, tələfat və fəsad yoxdur.

Şiddətli sarsıntılardan sonra həmin bölgədə ən böyüyü 4 bal olmaqla, onlarla avterşok qeydə alınıb.

Qeyd edək ki, Meksikada ötən gün 4,8 bal gücündə zəlzələ olmuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.