Haftar Qəddafinin şəhərini ələ keçirdi - Yeni gəlişmə
7-02-2020, 11:23
Liviyada qiyamçı general Xəlifə Haftarın ordusu paytaxt Tripolidən 400 kilometr şərqdə yerləşən Sirt şəhərini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, Liviya Milli Razılıq Hökuməti şəhəri qorumaq imkanı olsa da, 120 min mülki şəxsin həyatının təhlükəsizliyini nəzərə alaraq geri çəkildiklərini açıqlayıb.
Məlumata görə, Mədhali Sələfi silahlı qruplaşmasının tərəf dəyişdirməsi küçədə ağır silahlarla toqquşma riskini artırdığı üçün şəhəri Haftar qüvvələrinə verməli olublar.
Haftarın ordusunun Liviyanın sabiq lideri Müəmmar Qəddafinin doğulduğu Sirtə bayram ab-havasında daxil olması sosial mediada müzakirələrə səbəb olub.
Liviya Milli Razılıq Hökuməti şəhərin kənarında hazır vəziyyətdə gözlədiklərini bəyan ediblər. Misratalı birliklərin Haftarın polislərinə məxsus avtomobilləri ələ keçirdiyi, silahlıları saxladıqlarına dair görüntülər də yayılıb.