Bu ölkədə atalara 7 aylıq ödənişli dekret veriləcək

8-02-2020, 00:18           
Bu ölkədə atalara 7 aylıq ödənişli dekret veriləcək
Finlandiyanın yeni höküməti ataların da uşaqları ilə daha çox vaxt keçirməsini təmin etmək məqsədi ilə hər iki valideynə bərabər müddətli dekret verilməsini nəzərdə tutan layihə hazırlayır.

“CNN Türk”ün məlumatına görə, ödənişli dekret hər valideyn üçün 164 günə, toplamda da 14 aya qaldırılacaq.

Finlandiya bu dəyişikliklərlə gender bərabərləyini təşviq etmək istəyir.
Dünyanın ən gənc baş naziri olan Sanna Marin Finlandiyada gender bərabərliyini təmin etmək üçün hələ çox işlərin görülməli olduğunu deyib və ataların uşaqları ilə kiçik yaşlardan yetərincə vaxt keçirməməsindən şikayət edib.

Hazırda Finlandiyada dekret icazəsi 126 gündür. Atalar isə uşaqları iki yaşına çatanadək 66 gün icazədən istifadə edə bilər. Bundan başqa, valideynlər arasında paylaşılması mümkün 6 aylıq icazə də var.

Yeni layihəyə görə, hər valideynə 164 gün məzuniyyət veriləcək.

Nigahda olmayan analar isə hər iki valideynə verilən dekretin toplamı qədər icazədən istifadə edə biləcək.
/aktualxeber.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.