ABŞ koronavirusla mübarizə üçün Çinə 100 milyon dollar ayıracaq

8-02-2020, 08:19           
ABŞ koronavirusla mübarizə üçün Çinə 100 milyon dollar ayıracaq
“ABŞ koronavirusla mübarizə məqsədilə Çinə və digər yoluxma hadisəsi qeydə alınan ölkələrə ümumilikdə 100 milyon dollar ayırmaq niyyətindədir”.

APA İnterfax-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirib.

O, koronavirusla mübarizədə Çinə dəstək olmaq üçün əlavə 100 milyon dollar ayrıldığını elan etməkdən qürur duyduğunu deyib: “ABŞ rəhbərliyi tərəfindən yüz milyon dollar hədiyyə olaraq veriləcək. Epidemiyanın qarşısını birlikdə ala bilərik”.

Dövlət Departamentinin bir həftə əvvəl yaydığı məlumatına görə, Çinə təxminən, hədiyyə olaraq 17.8 ton dərman preparatları, o cümlədən maskalar, xüsusi geyimlər, xalatları, qoruyucu tənəffüs cihazları və digər həyati əhəmiyyət kəsb edən materiallar çatdırılıb.

Qeyd edək ki, ötən gün Çinin Hubei əyalətində koronavirusa yoluxanlardan 81 nəfəri ölüb.

Bununla da yeni virusdan ölənlərin sayı artaraq 699-a çatıb. Əyalətdə yoluxanların ümumi sayı isə 24 953 nəfərdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.