Almaniyadan Putinə daha bir zərbə

26-04-2015, 14:45           

Almaniya Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi münasibətilə rus baykerlərin Moskva-Berlin marşrutu üzrə təyin etdiyi motoyürüşə icazə verməyib.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Naziriyinin yaydığı bəyanatda bildirilib.

Məlumatda qeyd olunub ki, alman hökuməti artıq qeyri-qanuni yollarla alınmış vizaları da ləğv edib.

“Gecə canavarları” klubunun aparıcı üzvlərinə Almaniyaya giriş qadağan edilib”, - məlumatda bildirilib.

XİN-dən bildirilib ki, motoyürüş alman-rus münasibətlərinin möhkəmlənməsində rol oynaya bilməz.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Gecə canavarları” bayker klubun məşhur üzvlərindəndir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru