"Putin 80 yaşınadək prezident olmaq istəyir" - "Wall Street Journal"

12-03-2020, 00:01           
"Putin 80 yaşınadək prezident olmaq istəyir" - "Wall Street Journal"
ABŞ-ın "Wall Street Journal" qəzeti Rusiya prezidenti Vladimir Putinin 80 yaşlarına qədər prezident olmaq istədiyini yazıb. Belə ki, konstitusiyaya düzəlişlər qüvvəyə minsə, 67 yaşlı prezident iki dəfə də altı illik müddətinə bu kürsüdə otura biləcək.

Qəzet yazır ki, hansı hakimin cürəti çatıb bu düzəlişləri təsdiqləməyə bilər ki?! Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması prezident Vladimir Putinə 2024-cü ildə bir daha prezidentliyə namizədliyini verməsinə imkan yaradan Konstitusiya düzəlişini qəbul edib. Rusiyanın hazırkı konstitusiyası bir nəfərə yalnız iki 6 illik müddətə prezident olmaq icazəsi verir.

Qəzet yazır ki, Rusiyada indi vəziyyət pisdir - əsasən enerji ixracından asılıdır. Orta ömür ABŞ-da 1970-ci illərdəki orta ömür səviyyəsindədir.

Milyonlarla rusiyalı bilir ki, orta statistik macar və polyakın həyat səviyyəsi onlardan yaxşıdır. Bütün bunlar Putinin nüfuzunu aşağı salır. Məqalədə deyilir ki, Rusiya prezidentinin xaricdəki hərbi əməliyyatları da ölkə daxilində öz nüfuzunu saxlamaq üçündür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.