Venesuelada ilin əvvəlindən inflyasiya 100 faizi ötüb

12-03-2020, 07:50           
Venesuelada ilin əvvəlindən inflyasiya 100 faizi ötüb
Venesuelada cari ilin iki ayı ərzində qiymət artımı 100 faizdən çox olub.

Trend-in məlumatına görə, bu barədə Milli Assambleyanın (birpalatalı parlament) Maliyyə Komitəsi Karakasdakı mətbuat konfransında açıqlama verib.

"Fevral ayında inflyasiya 22,4, ilin əvvəlindən yığılmış isə 102,4 faiz təşkil edib", - deyə hesabata istinadən komitə üzvü Anxel Alvarado bildirib.

Alvarado qeyd edib ki, illik qiymət artımı 3276 faiz təşkil edib.

Venesuela son illərdə hiperinflyasiya və milli valyutanın devalvasiyası ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. BMT-nin məlumatına görə, ölkəni təxminən 4,5 milyon qaçqın və miqrant tərk edib, onların təxminən 80 faizi region dövlətlərindədir. Bəzi proqnozlara görə, 2020-ci ildə onların sayı 6,5 milyon nəfərə qədər arta bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru