Merkel və Saraj Liviyada yaranmış vəziyyəti müzakirə etdilər
13-03-2020, 08:08
Almaniya kansleri Angela Merkel Liviyanın Milli Razılıq Hökumətinin sədri Faiz al-Saracla telefonla danışıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə AFR hökumətinin mətbuat katibi Şteffen Zayberq bildirib.
Onun sözlərinə görə, liderlər Liviya münaqişəsi fonunda yaranmış cari hərbi-siyasi vəziyyəti müzakirə ediblər.
Bildirilir ki, AFR kansleri müharibə edən tərəflər arasında BMT-nin himayəsi altında barışıq sazişinin ən qısa zamanda imzalanması zərurətini vurğulayıb.
Merkel həmçinin Liviyada nizamasalma üzrə Berlin konfransının qərarlarına uyğun olaraq bu ölkədə siyasi prosesin irəliləyişinə çağırıb.