ABŞ-ın 75 konqresmeni Ermənistana və qondarma rejimə pul ayırmağı tələb etdi

14-03-2020, 21:35           
ABŞ-ın 75 konqresmeni Ermənistana və qondarma rejimə pul ayırmağı tələb etdi
Konqresdə ABŞ-ın 23 ştatının 75 nümayəndəsi ABŞ Nümayəndələr Palatasının Təsisatlar Komitəsinin xarici əməliyyatlar alt komitəsinə Ermənistana 100 milyon dollar, qondarma rejimə 1.5 milyon dollar ayrılması ilə əlaqədar məktub göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Armenpress” nəşri ABŞ-ın Erməni Milli Komitəsinə istinadən yayıb.

Qondarma rejimə (Dağlıq Qarabağ nəzərdə tutulur) veriləcək 1.5 milyon dollar minaların təmizlənməsi və mina partlayışlarına məruz qalan insanların reabilitasiyası üçün nəzərdə tutulub.

Ermənistana ayrılan 100 milyon dollar iqtisadiyyatın, idarəetmənin, qanunun aliliyinin və təhlükəsizliyin dəstəklənməsinə yönəldilməlidir.

“Ay Data” Komitəsi məktubu imzalayan bütün konqresmenlərə Ermənistan və qondarma rejimə sülh və demokratiya işində töhfə verdiyi üçün təşəkkürlərini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru