Afrikada 10 milyon insan koronavirusa yoluxa bilər - qorxulu proqnoz

17-04-2020, 09:22           
Afrikada 10 milyon insan koronavirusa yoluxa bilər - qorxulu proqnoz
Afrikada koronavirusa yoluxanların sayı kəskin şəkildə artaraq 10 milyona qədər yüksələ bilər.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının regional bölməsi bununla bağlı məlumat yayıb.

Təşkilat Qara qitədə bu prosesin 3-6 ayda gerçəkləşəciyini qeyd edib. “Biz hələ rəqəmləri dəqiqləşdirməliyik. Çünki bu sahədə görülən tədbirlərin şərtləri daima dəyişir. Virusun yayılması da bu şərtlərdən asılıdır”-deyə ÜST-ün Afrikada fövqaladə hadisələrə reaksiya verilməsi proqramının rəhbəri Mişel Yao onlayn mətbuat konfransında danışıb.

Hazırkı ana qədər Afrikada 17 min koronavirusla yoluxma halı qeydə alınıb. Lakin ÜST-ün bölgə rəhbəri Rebekka Muttinin sözlərinə görə, onlar epidemiyanın ayrı-ayrı ölkələr daxilində yayılma tempindən çox narahatdırlar. Problemin fəlakət səviyyəsinə çatmaması üçün təşkilat rəhbərliyi yerli hökmətlərlə əməkdaşlığı sıxlaşdırıdıqlarını vurğulayıb.

Bundan başqa, Rebekka Mutti ABŞ prezidenti Donald Trampın ÜST-ə verilən 400 mlyon dollarlıq yardımı kəsmək qərarının təkcə koronavirusla mübarizəyə deyil, QİÇS, malyariya, poliomielit kimi başqa ölümcül xəstəliklərlə də mücadilə işinə böyük zərbə vuracağını deyib.

ÜST rəsmisi hələ indiki anda Afrika hökumətlərinə pandemiyaya qarşı dayanmaq üçün azı 300 miylon dollar lazım olduğunu sözlərinə əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.