İrəvanda Paşinyan nəzarəti itirir -.....

17-04-2020, 12:03           
İrəvanda Paşinyan nəzarəti itirir -.....
Ermənistanın pat vəziyyətində olan Baş naziri Nikol Paşinyan getdikcə vəziyyətə nəzarəti itirir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın “İrates” qəzeti yazıb.

Mənbə bildirir ki, bölgələrdə fəlakətli vəziyyət hökm sürür, insanlar artıq yaşaya, gündəlik çörək pulunu qazana bilmirlər. Bu isə hər saniyə iqtisadi çöküşə səbəb ola bilər və nəticədə sosial üsyan başlayar, hər şey bir anda “partlayar”.

Koronavirusun yayılması hələ öz pik nöqtəsinə çatmamış Paşinyan “koronavirus silsiləsi pozulub” deyə açıqlama verir. Bununla da fövqəladə vəziyyətə laqeyd münasibət bəsləyir.

Hazırda küçələrdə çox sayda insan var ki, bu da hakimiyyətin tab gətirə bilmədiyi virusun yayılmasının ikinci böyük dalğasına səbəb ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru