Ağ Ev Çinə pandemiyaya görə qəzəbli deyil. Trampın mövqeyi budur ki, Çin bizi yarım əsrin ən yaxşı iqtisadiyyatından məhrum edib.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Şərqi Asiya üzrə keçmiş köməkçisi Kurt Kempbel deyib. O, pandemiyanın ticarət, texnologiya sferasındakı gərginliyi, eləcə də Pekinin Cənubi Çin dənizində hərbiləşməsini gücləndirəcəyini bildirib.
Kempbel həmçinin Ağ Evin noyabr seçkisi öncəsi Çinin Trampa verdiyi zərərə görə qəzəbli olduğunu deyib.