Donald Tramp bir aydır Ağ Evdən çıxmır- Koronavirusa görə

19-04-2020, 00:02           
Donald Tramp bir aydır Ağ Evdən çıxmır- Koronavirusa görə
ABŞ Prezidenti Donald Tramp koronavirus səbəbindən Ağ evi demək olar, tərk etmədiyini etiraf edib.

Azərtac bu barədə Amerika KİV-lərinə istinadla xəbər verir.

“Onlar mənə səyahətə çıxmamağı tövsiyə edib. Mən bir ay Ağ evdə qaldım. Sonra yalnız bircə dəfə Nyu-Yorka gedən hərbi-tibb gəmisini yola salmaq üçün Ağ evi tərk etdim”, – deyə Donald Tramp Vaşinqtonda jurnalistlərə bildirib.

ABŞ prezidenti, həmçinin seçkiöncəsi ralliyə yenidən başlamaq mümkün olduqda çox sevinəcəyini də deyib. Tramp, həmçinin bildirib ki, son hesablamalara əsasən, 60 mindən çox amerikalı COVID-19 epidemiyasının qurbanı ola bilər. Ölkədə koronovirusdan indiyədək 37 minə yaxın insan həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru