"İsraildə karantin rejimindən mərhələli çıxış başlayır" - Netanyahu

19-04-2020, 10:44           
"İsraildə karantin rejimindən mərhələli çıxış başlayır" - Netanyahu
İsraildə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimindən mərhələli çıxış başlayır.

Trend-in "REN TV"yə istinadla verdiyi məlumata görə, bunu milli televiziyanın efirində ölkənin baş naziri Benyamin Netanyahu deyib.

Baş nazirin sözlərinə görə, vətəndaşların təxminən 30 faizi işləyə biləcək: "Ticarət mərkəzlərində yerləşməyən elektronika, məişət əşyaları, eynək, kompüter avadanlıqları, kitab satan mağazalar açılacaq".

B.Netanyahu açıq məkanlarda ibadət qadağasının ləğv olunacağını da bildirib. Həmçinin baş nazir bildirib ki, ictimai nəqliyyatın hərəkəti, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil sistemində dərslər, uşaq bağçalarının işi bərpa ediləcək.

Qeyd edək ki, İsraildə koronavirusa 13 265 nəfər yoluxub, 164 nəfər isə koronavirusdan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru