Prezident karantin tətbiqindən imtina etdi: “Hər il bu virusları keçiririk”

20-04-2020, 10:14           
Prezident karantin tətbiqindən imtina etdi: “Hər il bu virusları keçiririk”
Paxsa bayramında kiləsəni ziyarət edən və şam yandıran Belarus Prezidenti Aleksandr Lukaşenko maraqlı açıqlamalarla gündəmə gəlib.

Cebhe.info xəbər verir ki, prezident son dövrlərin asan olmadığını bildirib və ölkəni Ukrayna ilə müqayisə edib: "Onlar da bizim kimi çətin dövr yaşayır. Ola bilsin ki, bizdən daha ağır günlər keçirirlər. Bütün belarusluların adından onlara sağlamlıq arzulayıram. Qoy bizim qardaşlarımız sülh və əmin-amanləqda yaşasınlar".

Kilsəyə kiçik oğlu Nikolayla gedən Lukaşenko bildirib ki, ölkədə kilsələrin bağlanmasına qarşı çıxıb: "İnsanların ibadətə yolunu bağlamaq olmaz. Siz mənim mövqeymi bilirsiniz- biz hər il bu virusları keçiririk".

Lukaşenko qeyd edib ki, ölkədə karantin rejiminin tətbiqinə hazırlaşmır: "Ola bilsin ki, mən nədəsə səhv edirəm. Amma öz strategiyamı doğru sayıram".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru